Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezidenti postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.
“Report xəbər verir ki, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bu məsələnin hələ ki müzakirə mövzusu olmadığını vurğulayıb.
İ.Həbibbəyli Prezident İlham Əliyevə təşəkkür edib.
“Qarşıda AMEA-nın nüfuzunu bərpa etmək və Akademiyanın yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək baxımından qarşımızda mühüm vəzifələr durur. Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək. Dünya elminə ölkəmizin töhfə verməsini təmin edək”, – deyə o qeyd edib.
Qeyd edək ki, AMEA-nın bu gün keçirilən ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub.
Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.
İsa Həbibbəyli deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.