Baş prokuror Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Dövlət naziri Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Xəbər verildiyi kimi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Dövlət naziri Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
İlk öncə cənab Tesfaye Wakjiranı ötən ilin dekbar ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gündən günə möhkəmləndiyini qeyd edib.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, belə beynəlxalq tədbirlərin dünya ölkələri arasında birliyin möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Kamran Əliyev Efiopiyalı həmkarını noyabrın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.
Baş prokuror Kamran Əliyev iki ölkənin prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən, ölkələrimizin “ASAN xidmət” konsepsiya çərçivəsində gördüyü işlərin mövcud qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirindən danışıb.
Nümayəndə heyətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Kamran Əliyev Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Foto
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.