Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət təqdim edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib.
Sözügedən ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq, Ermənistan höküməti bu genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb. Azərbaycan höküməti tərəfindən həmçinin Ermənistan rəsmilərinin “yandırılmış torpaq” siyasətində fəal iştirak etdiyinə dair sübutların da şahidi olub.
Ermənistan höküməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib. Yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir. Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir.
Ermənistanın “yandırılmış torpaq” siyasəti çərçivəsində evlərin dağıdılması, qəsdən və spesifik olaraq mülki əmlaklarda partlayıcı qurğuların yerləşdirilməsi ilə birlikdə, məcburi köçkün ailələrin və icmaların 30 il bundan əvvəl Ermənistanın qeyri-qanuni işğalı nəticəsində tərk etməyə məcbur olduqları keçmiş evləri və torpaqlarına qayıtmasının qarşısını alır.
Ermənistan hökümətinin hərəkətləri azərbaycanlıların şəxsi və ailə həyatı, hərəkət azadlığı, mülk və əmlakdan dinc istifadə hüququnun pozulmasıdır. Ermənistan hökümətinin hərəkətsizlik və yardım siyasəti ayrı-seçkiliyin qadağasının, eyni zamanda münaqişənin başlamasından sonra Azərbaycanın müvəqqəti tədbirlər üçün müraciəti ilə bağlı Ermənistanın mülki əraziləri hədəf almasına mane olan AİHM-in 2020-ci ildə qəbul etdiyi müvəqqəti tədbirlərin pozulması deməkdir.
Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir.
Azərbaycan beynəlxalq insan hüquqları hüququnun davamlı və məqsədyönlü şəkildə pozulmasına görə Ermənistan hökumətininin məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirəcək.
Azərbaycandan Ermənistanla bağlı AİHM-ə müraciət

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.