"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?".
xia.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu aparıcı Lalə Azərtaşın ünvanına yazıb. O, aparıcını Əməkdar artist Cavanşir Məmmədovla yaşadığı mübahisəyə görə tənqid edib:
"Efir qaydalarına görə öncədən xəbərdarlıq etmirsiniz ki, haqqınızda bizə şikayət var. Cavanşir bəy deyir, oğlanın mənim qızımla heç bir münasibəti olmayıb. Siz isə onun qızının oğlanla qeyri-rəsmi nikahı olduğunu açıqlayırsınız. Sizin həmin adama inamınız haradan gəlir? Guya sizə Cavanşir bəyin qızının fotolarını göstərib, siz isə xalqa göstərməyi məsləhət bilmirsiniz. Guya xanımlara məsləhət verirsiniz ki, belə şəkillərinizi kimsəyə göndərməyin.
Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir, iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir.
Məsləhət yox, sadəcə bir tövsiyyə edirəm: Siz nə etsəniz də, zəhləm getsə də bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm...Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm.
Sosial şəbəkələrdən gördüm ki, türk oğlan həbs edilib. Efirdə deyirsiniz ki, Cavanşir haradan bilirdi ki, o, həbs olunacaq? Günahkar sonda yaxalanmalı deyil?Peşəkarlığınız bu məsələdə məni qane etmədi. Yəqin məndən də bir peşəkar kimi inciməzsiniz".
Qeyd edək ki, Mustafa İbili Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda yaşadığını açıqlayıb. O, C.Məmmədovun ittihamlarının yalan olduğunu deyərək, "Təsir dairəsi" proqramına gəlmiş və yardım istəmişdi. Ötən gün isə Mustafaya hökm oxunub. 6 il 6 ay azadlıqdan məhrum edilən Mustafa məhkəmə zalından həbs edilib.
L.Azərtaş isə məhkəmənin qərarından şübhəli olduğunu iddia edib. //axsam.az
"Lalə, Xoşqədəm olan teleməkanda sizə baxan olmayacaq" - QALMAQAL

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.