Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Month: Yanvar 2026

Köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
Köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib

Ağdərəyə yola salınan köç karvanı rayonun Həsənriz kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub. Xia.Az “Report”a istinadən xəbər verir ki, Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu köçlə Həsənriz kəndinə 10 ailənin (52 nəfər) qayıdışı həyata keçirilib. Bununla da kəndə qayıdan ailələrin sayı 265-ə (1041 nəfər) çatıb.

Cəmiyyət

Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və külli miqdarda rüşvət almaqda təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Jafar Rafie Rezayanın məhkəmə hazırlıq iclası başlayıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin…

Read More “Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb” »

Kriminal

POLİS ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
POLİS ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var

Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) məlumat yayıb. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov…

Read More “POLİS ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var” »

Kriminal

Məmur 18 kiloqram qızılla tutuldu Evindən silah çıxdı

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
Məmur 18 kiloqram qızılla tutuldu  Evindən silah çıxdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub. İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Fuad Tofiq oğlu Orucov hazırda məhkum edilmiş Kamran İmran oğlu Məhərrəmov, Xəyyam…

Read More “Məmur 18 kiloqram qızılla tutuldu Evindən silah çıxdı” »

Kriminal

Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusu qəbul edib. Xia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər…

Read More “Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib” »

Siyasət

Anar Əzimov vəzifəsindən azad olundu

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
Anar Əzimov vəzifəsindən azad olundu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub. Xia.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, A.Əzimov 4 ildən artıqdır tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, A.Əzimov 2021-ci ilin oktyabrından AXA sədrinin müavini vəzifəsində çalışırdı.

Cəmiyyət

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Nasaz maşınla yolda qalsanız cərimələnə bilərsiniz

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Nasaz maşınla yolda qalsanız  cərimələnə bilərsiniz

“Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, şəhərdə və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır: “Bu…

Read More “SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Nasaz maşınla yolda qalsanız cərimələnə bilərsiniz” »

Cəmiyyət

Neftçalada balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü

Posted on 30 Yanvar 202631 Yanvar 2026 By admin
Neftçalada balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü

Xəzərdə balıqçı boğularaq ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər dənizinin Neftçala rayonu Mayak kəndi ərazisində qeydə alınıb. Habil Qabil oğlu Məmmədov dənizdə balıq tutmaq istəyərkən dənizdə boğulub ölüb. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə

Abşeron Gənclər Şəhərciyində yanğın olub

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Abşeron Gənclər Şəhərciyində yanğın olub

Bakıda Abşeron Gənclər Şəhərciyində hündürmərtəbəli binada yanğın hadisəsi qeydə alınıb. Xia.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğının səbəbləri barədə hələ ki heç bir məlumat verilməyib.

Hadisə

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib. Xia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu…

Read More “Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər” »

Siyasət

Xanım sahibkarın ölkədən çıxışına “stop” qoyuldu.

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Xanım sahibkarın ölkədən çıxışına “stop” qoyuldu.

Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Xia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, “Şəmkir” MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780 991 55 manat vergi borcu yaranıb. İdarə tərəfindən şirkətin qanuni təmsilçisi İlhamə Nizam qızı Lətifova barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə…

Read More “Xanım sahibkarın ölkədən çıxışına “stop” qoyuldu.” »

Cəmiyyət

Kamran Əliyev Tərtər rayon prokurorunu vəzifəsindən azad etdi

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Kamran Əliyev Tərtər rayon prokurorunu vəzifəsindən azad etdi

Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib. Bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. K.Əliyevin digər əmri ilə Tərtərin hərbi prokuroru vəzifəsinin icrası Əli Qurbanova həvalə edilib.

Cəmiyyət

Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib. Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum…

Read More “Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb” »

Kriminal

İlham Əliyevdən Şahin Bağırovla bağlı sərəncam

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
İlham Əliyevdən Şahin Bağırovla bağlı sərəncam

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsinə layiq görülüb. Xia.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar…

Read More “İlham Əliyevdən Şahin Bağırovla bağlı sərəncam” »

Siyasət

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub. Xia.az “Teleqraf”a istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səhiyyə ocağı ilə bağlı protokol tərtib edib. Protokola səbəb xəstəxanada təhlükəsizlik və bir sıra tələb olunan qaydalara əməl olunmamasıdır. Məsələ burasındadır ki, 2025-ci ildə də Naftalan Şəhər Mərkəzi…

Read More “Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu” »

Cəmiyyət

Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Gabala Beverage Company” şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşüb. Xia.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə şirkətlə əməkdaşlıq məsələləri və biznes təşəbbüsləri müzakirə edilib. “Qəbələ rayonu ərazisində alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Layihənin rəqabətqabiliyyətli məhsul istehsalı, ixrac…

Read More “Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb” »

Cəmiyyət

Sabahın hava proqnozu – 30.01.2026

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Sabahın hava proqnozu – 30.01.2026

Azərbaycanda yanvarın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi…

Read More “Sabahın hava proqnozu – 30.01.2026” »

Cəmiyyət

Bakıda qapısıaçıq mənzildən 40 minlik oğurluq edən qadın tutuldu – VİDEO

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Bakıda qapısıaçıq mənzildən 40 minlik oğurluq edən qadın tutuldu –  VİDEO

Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq açıq olan evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub. Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38 800 manat dəyərində qızıl-zinət…

Read More “Bakıda qapısıaçıq mənzildən 40 minlik oğurluq edən qadın tutuldu – VİDEO” »

Kriminal

İstixanadan 50 min manatlıq oğurluq edib evakuatorla aparan şəxslər saxlanılıblar.

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
İstixanadan 50 min manatlıq oğurluq edib evakuatorla aparan şəxslər saxlanılıblar.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib. Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinənlər…

Read More “İstixanadan 50 min manatlıq oğurluq edib evakuatorla aparan şəxslər saxlanılıblar.” »

Kriminal

Ədliyyə Nazirliyinin təqsirləndirilən sabiq eksperti məhkəmədə ifadə verib

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Ədliyyə Nazirliyinin təqsirləndirilən sabiq eksperti məhkəmədə ifadə verib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanov və digər iki nəfərin cinayət işinin məhkəmə baxışı keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Rüfət Sultanov sərbəst ifadəsi zamanı digər təqsirləndirilən Cavad Nərimanovdan pul almadığını bildirib: “Mən on il Ekspertiza Mərkəzində çalışmışam. İstintaqda məni…

Read More “Ədliyyə Nazirliyinin təqsirləndirilən sabiq eksperti məhkəmədə ifadə verib” »

Kriminal

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ozan Çingiz oğlu Budaqov İnterpol kanalları vasitəsilə saxlanılıb. Məlumatda qeyd olunub ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən…

Read More “Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı” »

Cəmiyyət

Narkotik satan dəstənin işi Ali Məhkəmədə.

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Narkotik satan dəstənin işi Ali Məhkəmədə.

Qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə olunmuş pulları leqallaşdırmaqda ittiham edilən 20 nəfərdən 17-nin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb. Olkemedia Pravda.az-a istinadən xəbər verir ki, şikayət hazırda Ali Məhkəmədə araşdırılır. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 nəfərdən yalnız 3 nəfərə həbslə bağlı olmayan cəza verilib. Onlar məhkəmə zalından azadlığa…

Read More “Narkotik satan dəstənin işi Ali Məhkəmədə.” »

Kriminal

Doğum günündə yurduna qayıdan keçmiş məcburi köçkün: “Mənim üçün ən gözəl hədiyyədir”

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Doğum günündə yurduna qayıdan keçmiş məcburi köçkün: “Mənim üçün ən gözəl hədiyyədir”

“Mən Məmmədbəylidən çıxanda 25 yaşım var idi. Bu gün isə 58 yaşım tamam olur, doğum günümdür. Doğum günüm üçün ən gözəl hədiyyə elə doğma torpağıma geri qayıtmağımdır”. Bu sözləri Oxu.Az-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Təranə Səhlalıyeva deyib: “Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə təşəkkür edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Oğlum, gəlinim, nəvəm və həyat…

Read More “Doğum günündə yurduna qayıdan keçmiş məcburi köçkün: “Mənim üçün ən gözəl hədiyyədir”” »

Cəmiyyət

Ali Baş Komandanın Ucaltdığı Bayrağı Tərs Asmaq Peşəkarlıq Deyil!

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin
Ali Baş Komandanın Ucaltdığı Bayrağı Tərs Asmaq Peşəkarlıq Deyil!

​Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasında keçirilən təlimdən yayılan görüntülər cəmiyyətdə haqlı narazılıq doğurur. “Uğur Gənclər Təşkilatı” tərəfindən keçirilən bu tədbirdə ən ali müqəddəsliyimiz olan Azərbaycan Bayrağının tərs asılması sıradan bir texniki xəta deyil, dövlət rəmzinə qarşı dərin etinasızlıqdır. ​Ali Baş Komandandan Nümunə Götürməyənlər ​Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilən hər bir qarış…

Read More “Ali Baş Komandanın Ucaltdığı Bayrağı Tərs Asmaq Peşəkarlıq Deyil!” »

Hadisə

Ağcabədidə ölən uşağın valideynləri müalicədən imtina edibmişlər – RƏSMİ

Posted on 26 Yanvar 202626 Yanvar 2026 By admin
Ağcabədidə ölən uşağın valideynləri müalicədən imtina edibmişlər – RƏSMİ

Ağcabədidə bir yaşlı uşağın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il yanvarın 13-də saat 23:30-də 2025-ci il təvəllüdlü azyaşlı qız qıcolma spazması diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə hospitalizasiya olunub. Yanvarın 14-də azyaşlının valideynləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər. Yanvarın…

Read More “Ağcabədidə ölən uşağın valideynləri müalicədən imtina edibmişlər – RƏSMİ” »

Hadisə

Xaricdə təlimdə olan ANAMA əməkdaşı öldü

Posted on 26 Yanvar 202626 Yanvar 2026 By admin
Xaricdə təlimdə olan ANAMA əməkdaşı öldü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünyasını dəyişib. Xia.Az “Unikal”a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib. O.Məhərrəmovun xaricdə təlimdə olarkən həyatını itirdiyi bildirilir.

Cəmiyyət

İcra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI

Posted on 26 Yanvar 202626 Yanvar 2026 By admin
İcra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI

Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib. Xia.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb. Belə ki, ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb. Bununla yanaşı…

Read More “İcra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI” »

Cəmiyyət

Posts pagination

Previous 1 2 3 … 13 Next
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme