Gəncədəki avtoqəzada yaralanan şəxsin vəziyyəti açıqlanıb

IMG_9129

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. 

Bu barədə Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib:

Bildirilib ki, fevralın 27-də saat 15:10-da 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Başın əzilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmət göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2018-ci il təvəllüdlü N.Mirzəyeva və 2021-ci il təvəllüdlü M.Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.