Şuşa şəhərində SOCAR brendli ilk stasionar yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Oxu.Az-ın məlumatına görə, yeni yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin rəhbər heyəti və qonaqlar iştirak ediblər. Tədbirdə xüsusən son illər ərzində görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb. QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı fəaliyyətindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.
Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 26 yeni iş yeri də yaradılıb.
Sürücülərin ən çox istifadə etdiyi yollardan olan Şuşa-Xankəndi-Laçın yolunda fəaliyyətə başlayan yeni YDS-də 3 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və dizel markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Eyni zamanda elektormobillər də nəzərə alınaraq stansiyada enerjidoldurma məntəqəsi də istismara verilib. YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.
Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 69 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.
![](https://img.youtube.com/vi/6aQA2fEMPEk/sddefault.jpg)
![](https://images.oxu.az/2025/02/06/e0130VtlHM2ZzaOuaKIDT2vfCiudRM2wNFTLDsOT:640.jpg)
![](https://images.oxu.az/2025/02/06/z0S4fnME95dbfPpI4BTYEBU2CposSFs06eepkPZo:640.jpg)
![](https://images.oxu.az/2025/02/06/tq8qXtD0ngGJJjHqO4Mcc8ffemOn58VhHNSK5PAh:640.jpg)
![](https://images.oxu.az/2025/02/06/Q6nFtlLwQ2whbV946rVPY8NvkpIt8wm6qiP45Lt3:640.jpg)
![](https://images.oxu.az/2025/02/06/F2dMG9Mzg68VjNY0OxeEJgTNflvOQrRTsPcgJNZG:640.jpg)
![](https://images.oxu.az/2025/02/06/bjbX9Sa65A4eYuQUgCCtXTSSlezVMxd5uDtspnHu:640.jpg)
![](https://images.oxu.az/2025/02/06/PRzRZxaKLpQLZW7oD0nrHi46DEEWJpAlkFX3F1ty:640.jpg)