Azərbaycanın turizm potensialı Səudiyyədə təqdim olunur - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Azərbaycanın turizm potensialı Səudiyyədə təqdim olunur

Azərbaycanda fəaliyyət göstərən “Zakher Travel” turizm şirkəti Səudiyyə Ərəbistanın paytaxtı Riyad şəhərində təşkil olunan “STM 2025” İkinci Beynəlxalq Turizm Sərgisində ölkəmizi təmsil edir.

Xia.Az GunXeber.Az-a istinadən xəbər verir ki, fevralın 12-dək keçirilən sərgidə Azərbaycanın turizmi imkanları, gəzməli-görməli məkanları, milli mətbəxi, müxtəlif növ turizm marşrutları və tur paketlər sərginin ziyarətçilərinə təqdim olunur.

Sayca ikinci dəfə keçirilən bu sərgidə 35 ölkədən 185 iştirakçı öz ölkələrini və xidmətlərini nümayiş etdirirlər.

Sərginin açılış günündə ölkəmizin Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev və diplomatik korpusun əməkdaşları Azərbaycan pavilyonunu ziyarət etmiş, iştirakçılarla və sərginin ziyarətçi turizm şirkətləri ilə həmsöhbət olmuşdur.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?