Ata və oğuldan dəhşətli CİNAYƏT: Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - TƏFƏRRÜAT - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ata və oğuldan dəhşətli CİNAYƏT: Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar – TƏFƏRRÜAT

Fevralın 5-dən etibarən itkin düşən Saatlı rayon sakini, 66 yaşlı Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Xia.Az Baku TV-yə istinadən məlumat verir ki, fevralın 16-sı səhər saatlarında M.Seydiovun meyiti su kanalında aşkarlanıb.

Mərhumun qonşuları, qətli törətməkdə şübhəli sayılan ata və oğul saxlanılıb.

Mirhəsən Seyidovun yaxınları qətlin tamah məqsədilə törədildiyini iddia edirlər.

“İş yerindən bizə zəng edib məlumat verdilər ki, Mirhəsən işə gəlmir, əlaqə nömrəsinə zəng çatmır və neçə gündür ki, onu axtarırıq. Sonra polis tapdı. Kiminsə torpağını behləyib yiyə durub, orada da qonşusunun gölü var imiş. Elə o göldə də meyitini tapıblar. Hadisə mülk məsələsinə görə olub”, – deyə yaxını bildirib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?