TikTok"da canlı yayım açan cərrah nazirliyə çağırıldı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

TikTok”da canlı yayım açan cərrah nazirliyə çağırıldı

Əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açan cərraha xəbərdarlıq edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:

“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.

Qeyd edək ki, “National Prime Hospital” klinikasının həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?