Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.

Xia.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Digər sərəncamla Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Tural Abdulzadəyə həvalə edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?