Polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparır

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?