“Ağsu meşəbəyliyinin ərazisində ağacların kütləvi şəkildə qırılması barədə ” 6 saylı RETSİ-ə ünvanlanmış videomaterial ilə əlaqədar olaraq İdarənin əməkdaşları tərəfindən 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı videogörüntüdə qeyd edilən ərazi 6 saylı RMTM-in Ağsu meşəbəyliyinin 11 saylı meşə dolayının 43-cü kvartalına aid olduğu məlum olmuşdur. Videoçəkilişlərin aparıldığı ərazi Meşələrin İnkişafı Xidmətinin 03.06.2024-cü il tarixli 201/Ü saylı əmrinə və 6 saylı RMTM-in 11.06.2024-cü il tarixli 101/Ü saylı əmrinə əsasən sanitar qırma sahəsi kimi ayrıldığı və hal-hazırda ərazidə işlərin davam etdiyi məlum olmuşdur. Qırma sahəsinə baxış zamanı ərazidə kəsilmiş ağacların videogörüntüdəki ağaclarla eynilik təşkil etdiyi, eləcə də videoçəkilişin ötən ilin sonlarında ağacların kəsiminə başlanıldığı zaman aparılması məlum olmuşdur. Ərazidə qanunsuz ağac kəsilməsi faktı qeydə alınmamışdır.
Ağsu meşələri ilə bağlı yayılan videolara 6 saylı RETSİ-nin cavabı
