Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.
Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Bildirilib ki, “Mercedes” markalı avtomobilin sürücüsü Ağaseyid Ağayev BDYPİ-nin YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan A.Ağayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.