Tanınmış kinoprodüser VƏFAT EDİB - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tanınmış kinoprodüser VƏFAT EDİB

“Azərbaycanfilm”in sabiq direktor müavini, kinoprodüser Aydın İmrani vəfat edib.

Xia.Az xəbər verir ki, bu barədə “Azərbaycanfilm” məlumat yayıb.

Qeyd edək ki, A.İmrani 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.

O, “Qızıl uçurum”, “Yeddi gözəl”, “Köhnə bərə”, “Evlənmək istəyirəm”, “Cin mikrorayonda”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Lətifə” kimi məşhur filmlərin direktoru, “Qəribə adam” filminin isə inzibatçısı olub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?