Kirayə müqaviləsi olmayanları nə gözləyir?

loYwSBkyoRb75PzWqreKU6A7vt2b37hANpjyvgsm_1200

Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.

Xia.Az ATV-yə istinadla xəbər verir ki, yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.