ADY-də yeni təyinat – Ülvi Ağayevə vəzifə verildi

pbZW8vwRQIX207ClM15vIPQEmPeftAJxZn1uZLYD_1200

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətində (QSC) yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun idarə heyətinin sədri Rövşən Rüstəmov əmr imzalayıb. Əmrə əsasən, Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ü.Ağayev 2019-cu ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.