Gəncə sakini dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə apararaq orada yandırıb.
Xia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirləndirilən şəxs Elmin Məmmədov (soyad şərtidir) Vətən müharibəsi iştirakçısı olub. O, Gəncə şəhərində yaşamaqla, orada avtomobil təmiri sexində usta köməkçisi işləyib.
Elminin dostu İntiqam özünə məxsus VAZ-2107 markalı avtomobillə onun yanına gəlib və 60 manata avtomobil səsgücləndiricisi satdığını deyib. Elmin isə həmin avadanlığı ondan 30 manata istəyib. İntiqam bu məbləğlə razılaşmayıb və avadanlığı digər ustaya 60 manata satıb.
Elə hər şey də bundan sonra başlayıb.
Səhəri gün Elmin İntiqamdan avtomobilini istəyib ki, Yevlax şəhərinə gedib gəlsin. İntiqam da etiraz etməyib.
Avtomobili dostundan götürən Elmin özünü və avtomobili xüsusi portaldan qeydiyyatdan keçirərək azad olunmuş əraziyə gedib. Ağdam şəhərində avtomobil xarab olub. Bundan əsəbiləşən Elmin avtomobildə olan maqnitafon, səsgücləndirici və digər avadanlıqları söküb, yük yerində olan benzini götürərək maşının salonuna töküb od vurub.
Hadisə yerinə polis əməkdaşları gələrək Elmini saxlayıblar. Üzərinə baxış zamanı ondan bıçaq və narkotik vasitə olan metanfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə E.Məmmədov 3 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bir il sınaq müddəti təyin edib.
Dosdunun avtomobilin yandıran şəxsə hökm oxundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.