"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.
Xia.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov əmr imzalayıb.
MMC-nin baş mühasibi Səmayıl Ramazanov quruma direktor əvəzi təyin edilib.
Qeyd edək ki, "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çox sayda ağacın rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib
Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.