“Ermənistan böyük sınaq və böyük çəkişmə astanasındadır.
İnanılmaz, lakin həqiqət: 100 illik tarix gözümüzün qarşısında təkrarlanır. Yenə fiziki təhlükə qarşısındayıq, dövlətçiliyimiz sual altındadır.
İnanılmaz, amma doğru: bu bizim eyni səhvlərimizdən qaynaqlanır. Başqa millətlərin hava limanlarında təyyarə gözlədiyi kimi biz də fəlakət gözləyirik. Sadəcə gözləyirik”.
Bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan özünün Teleqram kanalında yazıb.
“Belə çıxır ki, 30 illik dövlətçilik tarixi bizə heç nə verməyib - nə dövlət təfəkkürü, nə dövlət qurumları, nə rəqəmlər, nə məzmun? Buna inanmaq mümkün deyil. Bu ola bilməz”, - o qeyd edib.
Ekspert əlavə edib ki, Ermənistan əhalisinə "deyəsən" heç nə təsir etmir: “Ölümlər, minlərlə qurban, evdən 2 saatlıq məsafədə müharibə - heç nə işləmir. Korrupsiya, tikilən malikanələr, hakimiyyətdəkilərin təkəbbürlü davranışları işə yaramır.
Rusiya ilə münasibətlərin süni şəkildə kəskinləşməsi və korlanması heç bir nəticə vermir. Belə ölkələrin dövlətçiliyini itirməsi ilə bağlı Moskvanın verdiyi açıq mesaj işə yaramır. Ukraynadan gələn kadrlar işləmir.
Belə vəziyyətə və psixoloji boşluğa düşmüş xalqlar, bir qayda olaraq ağır bir bədəl ödəyirlər. Amma xalq bunu zəif dərk edir, insanlar başa düşmürlər ki, bu, hansısa mücərrəd Ermənistan və ya mücərrəd xalq üçün deyil, özləri üçün, ailələri üçün fəlakət olacaq”.
Ovanesyan daha sonra əlavə edib: “Artıq “böyük hesablaşma” prosesi qaçılmaz görünür.
Nəyə görə, 30 illik üçüncü respublika bu qədər tez, asanlıqla dağıldı? “Böyük hesablaşma” həm 2018-ci ildən əvvəl, həm də 2018-ci ildən sonrakı, eləcə də 9 noyabr 2020-ci ildən sonrakı dövrləri əhatə etməlidir. Artıq bunun qarşısını almaq qeyri-mümkün görünür”.
Vahe Ovanesyan: Ermənistan dövlətçiliyinin varlığı sual altındadır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.