Məşhur bəstəkar vəfat etdi - FOTO

Çağdaş dövrün öncül bəstəkarlarından biri, macarıstanlı dirijor Peter Ötvöş 81 yaşında vəfat edib.
xia.az xəbər verir ki, bu barədə ölkənin “Magyar Nemzet” qəzeti bildirib.
İncəsənət xadiminin ailəsi onun uzun sürən xəstəlikdən öldüyünü açıqlayıb.
Ötvöş bir neçə müasir operanın müəllifidir, onlardan ən məşhurları “Üç bacı”, “Qızıl əjdaha”, “Amerikada mələklər”, “Məhəbbət və digər cinlər”dir. Operalar üçün librettolar rus, ingilis, alman və fransız dillərində yazılıb; onun doğma macar dilində ilk operası yalnız 2023-cü ildə ərsəyə gəlib.
Bundan başqa, o, simfonik orkestr üçün əsərlərin, madrigal komediyaların və bir neçə filmin saundtreklərinin müəllifidir.
Dirijor kimi, Ötvöş əsasən 19-cu əsr musiqisi ilə işləyib. O, Göteborq Simfonik Orkestrinin, Vyana Radio Orkestrinin və “Radio Frans” Filarmonik Orkestrinin əsas qonaq dirijoru olub.
Vətənində o, iki dəfə Macarıstan parlamentinin (Ölkə Məclisi) sənət adamları üçün təsis etdiyi ən yüksək mükafat olan Koşut mükafatına layiq görülüb. İkinci mükafatı ölümündən öncə, martın 19-da alıb.//oxu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.