Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı.
Fərmanla həmçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildi.
Beləliklə, su idarəçiliyi sahəsində vahid qurum yaradıldı. Bundan sonra həm əhalinin su təminatı, həm də meliorasiya və su təsərrüfatı məsələləri ilə yeni yaradılan Agentlik məşğul olacaq.
Digər diqqətçəkən məqam isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinin azadılmasıdır. Belə ki, nazirlik bundan sonra su məsələləri ilə məşğul olmayacaq. İndiyə qədər 3 dövlət qurumunun tabeliyində olan su təsərrüfatı bundan sonra müstəqil dövlət qurumu olan Agentlik tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, öz ömrünü başa vuran Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi 12 il əvvəl - 25 fevral 2011-ci ildə ilə ölkənin su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdı. Bu qurum yaradıldıqdan sonra ölkənin bütün su ehtiyatları - Kür çayı üzərində strateji əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara kaskad su anbarları, Ceyranbatan su anbarı, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Şəmkir Maşın kanallarının baş suqəbuledici qurğuları Nazirliyin balansına verilmişdi.
Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - SİYAHI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.