Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq.
Bakı.ws xəbər verir ki, ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
Belə ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.
Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. Bildirilir ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:
"Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək".
Yanvarın 1-dən dövlət köhnə maşınları almağa başlayır - Əvəzində yeni avtomobil, PUL ÖDƏNİŞİ… - RƏSMİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.