İcra başçısı şəhərin küçələrinə asfalt salınmasına yerində baxış keçirib
29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov - Bu günlərdə Tərtər şəhərinin küçələri müasir standartlara uyğun olaraq yenidən qurulur.
Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, İnqilab Ağayev, İlqar Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli, “Azərbaycan bayrağı” ordenli Ruslan Şahbazov və Nəsimi, Məmməd Əmin Rəsulzadə, Rəsul Rza, Qafur Məmmədov, Firudun bəy Köçərli, Mikayıl Müşviq, Həsən bəy Zərdabi, Əbdulrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu, Fikrət Əmirov, Heydər Hüseynov, Abbas Mirzə Şərifzadə, Yüsif Vəzir Çəmənzəminli və Hüsü Hacıyev, ümumilikdə 23 küçəyə əsaslı təmirdən sonra asfalt salınır.
Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin asfaltlanma işləri aparılan küçələrində görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
Sakinlər görülən işlərdən razılıq edib, küçələrdə aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tərtər şəhərində şəhid adları verilən küçələrə asfalt salınır
Bu günlərdə Tərtər şəhərinin şəhid adları verilən küçələri müasir standartlara uyğun olaraq yenidən qurulur. Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli adına küçələrə əsaslı təmirdən sonra asfalt salınır.
Sakinlər görülən işlərdən razılıq edir, şəhidlərimizin adları verilən küçələrdə aparıaln tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Ramil Bayramov: Bu günlərdə Tərtər şəhərinin küçələri müasir standartlara uyğun olaraq yenidən qurulur - Tərtər şəhərində şəhid adları verilən küçələrə asfalt salınır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.