Elməddin Qasımovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur
Vətən müharibəsində şəhid olmuş Elməddin Qasımovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Salyan Yarımstansiyasının yenidənqurma və istismara verilməsi işlərinə başlanılmışdır
"Azərenerji" ASC tərəfindən Salyan Yarımstansiyasının yenidənqurma və istismara verilməsi işlərinə başlanılmışdır.
Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Salyan rayonuna səfər etmişdir
Səfir Salyan rayon İcra Hakmiyyətinin başçısı Sevindik Hətəmovla görüşmüşdür. Rayon icra hakimiyyətində keçirilən görüşdə başçı, səfir Vada Cüniçyə Salyanın tarixi, əhalisi, məşğuliyyəti, ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə geniş məlumat vermişdir. Səfər çərçivəsində səfir Vada Cüniçi rayonda fəaliyyət göstərən “Qida Məhsulları İstehsalat Kommersiya şirkəti” MMC-yə baxış keçirmişdir. Burada qonağa istehsal prosesi barədə ətraflı məlumat verilmişdir. Səfir göstərilən diqqətə görə minnətdarlıq etmişdir və qarışıqlıqlı əməkdaşlığın xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.
Salyan rayon başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi. Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Paşinyanın növbəti görüşü keçirildi. Ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər.
Rusiya və Ermənistan rəsmilərinin görüş qabağı bütün bəyanatlarına, Ermənistanın təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi.
Heç şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının başçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Onlar bu addımlarla müəyyən mesajlar verərək Azərbaycana təsir edəcəklərini düşünürdülər.
Qeyd etmək lazımdır ki, Paşinyanın bütün təxribat və cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmadı. Bu isə öz növbəsində Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğu anlamına gəlir.
Ermənistan eləcə də Qarabağdakı separatçılar anlamalıdırlar ki, bütün təzyiq və təxribat cəhdlərinə baxmayaraq Azərbaycan Qarabağla bağlı niyyət və məqsədindən bir addım da geri dönməyəcək.
Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 9-10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır.
Rəşad Cəbrayılov: Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.