Xia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şahvələd Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Ülviyyə adlı qadından 20 min manat alaraq, vəzifəyə təyin etdirəcəyinə söz verib. Təşkilat sədri 2022-ci ildə qadından əvvəlcə 200 min manat istəyib və daha sonra 20 min manat alaraq, onu Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin etdirəcəyini bildirib. Nazir Emin Əmrullayev sözügedən idarəyə rəis əvəzi təyin etdikdən sonra Ülviyyə QHT sədri tərəfindən aldadıldığını başa düşüb və pulunu geri istəyib.
Şahvələd Əsgərov vəzifəyə getmək istəyən qadını daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunun müdiri təyin etdirəcəyinə inandıraraq, bir müddət onun hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını ala bilib. Sonda aldadıldığını başa düşən Ülviyyə hüquq-mühafizə orqanlarına şikayət edib.
Zərərçəkmişə dəyən ziyan qaytarıldığı üçün Şəki Ağır Cinayətlər Məhkəməsi 1963-cü ildə Gədəbəy şəhərində doğulmuş Şahvələd Əsgərovu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkəcək.
Qeyd edək ki, hazırda Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası Mahmudova Günay Rasim qızıdır. Şəki rayonu üzrə təhsil sektorunun müdiri isə Cəbiyev Zamik Namiq qızıdır.
"Yeni Baxış" İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərova hökm oxunub.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.