Ağdam rayon 95 nömrəli tam orta məktəbin kollektivi məktəbin növbəti tədris ilində fəaliyyətinin dayandırılacağını, məhs elə bu səbəbdən də 2025-2026-cı tədris ili üçün məktəbin birinci sinifə şagird qəbulunun dayandırıldığını bildirərək böyük narazılıqlarını qeyd ediblər. Bu məsələ üçün müəyyən qurumlara müraciət etdiklərinidə bildiriblər. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
QARABAĞ REGİONAL TƏHSİL İDARƏSİNİN AÇIQLAMASI
Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Ağdam rayonu 95 nömrəli tam orta məktəb 12 nömrəli tam orta məktəbin inzibati binasında fəaliyyət göstərir.
Təhsil müəssisələrinin eyni inzibati binada yerləşdiklərini nəzərə alaraq, mərhələli şəkildə optimallaşdırma tədbirləri həyata keçirilir. Növbəti tədris ilindən etibarən məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. 2025-2026-cı tədris ilindən adıçəkilən təhsil müəssisəsinin birinci sinfinə şagird qəbulu dayandırılır. Hazırda adıçəkilən təhsil müəssisəsində oxuyan şagirdlər təhsillərini eyni məktəbdə davam etdirəcəklər. Mövcud pedaqoji kontingent də fəaliyyətini eyni təhsil müəssisəsində davam etdirəcək. Pedaqoji və texniki heyətin yerləşdirilməsi prosesi mərhələli formada növbəti illərdə həyata keçiriləcək.
Qeyd edirik ki, rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də, daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.
Ağdam rayon 95 nömrəli tam orta məktəbin fəaliyyəti dayandırılır?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.