Xia.az xəbər verir ki,Dəhşətli iddialarla mediamıza müraciət edən məktəbin tarix-cografiya müəlliməsi Səlimova Aynurə Surxay qızı bildirir ki, son 1 ildə məktəbə direktor təyin olunan Rahil Əzizov, dərs saatına görə müəllimlərdən pul tələb edir ve pul verilmədiyinə görə müxtəlif təzyiqlər göstərir.
Buda az imiş kimi, 10-cu siniflərdə hazırlığa gedərək məktəbə gəlməyən uşaqların valideynlərindən də pul tələb etməsi üçün müəlliməyə göstəriş verir. Digər bir müəllim Səxavət Tagiyev, sözü gedən məsələ ilə bağlı direktor Rahil Əzizovla danışan zaman danışıqları qeydə alıb və həmin səs yazısını şikayətçi Aynurə müəlliməyə göndərərək onuda bezdirdiklərini deyib.
Aynurə müəllimə sözü gedən məsələ ilə bağlı Təhsil Naziri Emin Əmirullayevin də qəbulunda olub və bir neçə dövlət qurumlarına müraciət ünvanlayıb . Lakin, məsələ hələdə öz həllini tapmayıb. Sözü gedən məsələ ilə bağlı Media Haqqında Qanun-a əsaslanaraq qarşı tərəflərin mövqeyini bilmək məqsədilə Direktor Rahil Əzizova zəng etdik.
Direktor səsləndirilən iddiaların tamamilə yalan ve şər-böhtan olduğunu, üstəlik bu mövzunun artıq aidiyyəti qurumlara məlum olduğunu qeyd etdi.
İndi keçid edək məsələnin ən mühim nöqtəsinə. Direktorla olan telefon danışığını qeyd edən Səxavət müəllim sözü gedən məsələnin heçbir reallığa əsaslanmadığını bildirdi. Biz sual verdik ki, bəs səs yazısı necə olub yazılıb? Bu sualdan sonra vaxtım yoxdur deyərək telefonu üzümüzə bağlayan Səxavət Tağıyev bir qədər sonra bizə zəng edərək bu səs yazısını paylaşmamağımızı xaiş edir.
Yaxşı bu səs yazısı nə məqsədlə yazılıb? Hansı səbəbdən direktordan şikayətçi olan Aynurə müəlliməyə göndərilib ? Səs yazısında da açıq aşkar dərs saatının pulu haqqında danışılsada, Səxavət Tağıyev bunu inkar etməyə çalışdı. Ancaq hər ṣey göz qabağındadır . Şərhlər azad olsada faktlar müqəddəsdir.
Ṣikayətçi Aynurə müəllimə qeyd edir ki, sözü gedən səs yazısını inkar etməyə səbəb məhs elə Səxavət müəllimin təzyiqlərə məruz qalması olub.
MÖVZUYA QAYIDACAĞIQ.
Ağdam rayon 135 nömrəli tam orta məktəbdə rüşvət tələb edilir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.