Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbindən biabırçı görüntülər yayılıb.
xia.az xəbər verir ki,bu barədə bakupost.az –a sakinlər müraciət ediblər.
Bildirilir ki, məktəbin girişindəki köhnə tualet “ev”ə çevrilib.
“İçəridə qaçqın adı ilə kimin yaşadığı məlum deyil. İki gündür məktəb rəhbərliyinə, icra nümayəndəsinə müraciət etmişik. Hələ də bir araşdırma aparılmayıb. Gəlsin araşdırsınlar, görək, kimdir orada yaşayan?!. Bu vəziyyətdə, bu şəraitdə orada kim qala bilər axı?! Əvvəllər həmin tikili ayaqyolu olub. Maraqlıdır, məktəb o "ev"i kimə verib? Nə üçün verib? Ayaqyoluda yaşayan adam özünə qıraqda özünə tualet də yaradıb ”.
Məsələ ilə bağlı 1 nömrəli məktəblə əlaqə saxlasaq da cavab verən olmadı.
Mövzunu davam etdirəcəyik...
Ceyranbatanda məktəbin tualetini "ev"ə çevirdilər - FOTO-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.