Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.
"Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət zolağımız olacaq. Bundan əlavə, “Taqirkent-Kazmalyar” və “Novo-Filya” keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb”, - M.Kokoyev deyib.
Kokoyevin sözlərinə görə, həmçinin 2023-cü ildə Tagirkent-Kazmalyar məntəqəsində yük daşımaları üçün iki əlavə zolağın tətbiqinə qərar verilib.
Qeyd edilir ki, Dağıstana işgüzar səfəri çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və respublikanın rəhbəri Sergey Melikov yenidən qurulmaqda olan “Yaraq-Kazmalyar” çoxtərəfli avtomobil keçid məntəqəsinə baxış keçiriblər.
Görülən işlər nəqliyyatın və turistlərin sayı baxımından keçid məntəqəsinin keçid qabiliyyətini təxminən 3 dəfə artıracaq. O cümlədən, yük dövriyyəsi ildə 2,3-2,9 milyon tona, potensial artım isə 3,5-4 milyon tona qədər artacaq. Eyni zamanda burada sərhədi keçmək üçün rahat şəraitin yaradılması nəzərdə tutulur.
2027-ci ilin sonuna qədər Rusiya bir sıra sərhəd keçidlərini, o cümlədən dəniz və dəmiryol keçidlərini modernləşdirməyi planlaşdırır.
“Yaraq-Kazmalyar” keçid məntəqəsi 2020-ci ilin iyul ayından yenidən qurulur. Nəzarət-keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun buraxılış qabiliyyətinin artırılması, nəzarət prosedurlarının aparılması üçün vaxtın azaldılması, vətəndaşların sərhədi keçməsi üçün rahat şəraitin təmin edilməsidir.
Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrini yenidən quracaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.