“Bu şəxslərə bəzi qüvvələr tərəfindən də motivasiya verilmiş ola bilər”.
Bu barədə “Haber Global”a türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib.
O, terrorçunun silahı əlində saxlama, silahdan istifadə şəklinə əsasən professional terrorçu olub-olmadığı ilə bağlı fikirlərini bildirib.
“Düzü, çox professional olduğunu deyə bilməyəcəm. Amma bu şəkildə hədəf alıb atəş edən insanları istər Suriyada, istər İraqda dəfələrlə gördük. İstər professional olsun, istər olmasın, insanları öldürəcək qədər motivasiyaya sahib olan bir qatildən bəhs edirik. Bu şəxslərə bəzi qüvvələr tərəfindən də motivasiya verilmiş ola bilər, hətta belə insanları həvəsləndirmək daha asandır. Məsələn, bir professional bunun üçün yüksək məbləğ tələb edəcək, amma bu kimi insanları müxtəlif yollarla bu qəbildən terror aktlarına həvəsləndirmək mümkündür”, - deyə o qeyd edib.
Daha ətraflı videosüjetdə:
Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.