"Sən təlxəyin birisən. Sən kimin üçünsə saz çala bilərsən".
xia.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Pünhan Piriyev sosial media hesabındakı paylaşımında deyib.
O, saz ifaçısı Mübariz Camaloğlunu təhqir edib:
"Sən mənə diş batıra bilməzsən. Mübariz, qeyrətimə and olsun ki, sənin dizini yerə ataram. Qorxmuram. Yayın mənim videomu. O şərsiz mənim..."
Əsəblərinə hakim kəsilə bilməyən ifaçı ötən gün "Rəngarəng səhər" verilişində baş verən qalmaqalı yeni gündəmə gətirib:
"Mübarizin verilişdə mənim haqqımda danışdığı sözləri ciddiyə almadım, üstündən keçdim. Dedim yaşlıdır. O isə "Instagram" səhifəsində paylaşıb, yazıb ki, "belələrini yerində otuzdurmaq lazımdır". Guya məni deyir. Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən. Bunu deyirəm, arxasında da dururam. Sən sənətkarlarının ayaqlarının tozu da deyilsən, o sənətkarların çölə atılan dırnaqları da deyilsən".
Qeyd edək ki, ötən gün aşıq Mübariz Camaloğlu Pünhan Piriyevi telefonlara cavab vermədiyi üçün tənqid edib. Mübariz kişi sənətçilərin prodüserlərinin, köməkçilərinin olmasını qəbul etməyib
QALMAQAL: Aşıq Mübariz müğənni Pünhanı TƏHQİR ETDİ: “Ay tula sən kimsən“- FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.