"AZAL haqqında çox danışmışıq, çox müzakirə aparmışıq, hətta Prezident də AZAL-dan publik şikayət edib, amma heç nə dəyişmir, büdcədən dotasiya da alır, təyyarəni də dövlət alır, qiymətləri də kəllə-çarxa qaldırsa da, rəsmən mənfəətlə işləmir".
xia.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.
"Mən hər şeyi anlaya bilərəm, amma bəzi məsələlər var ki, insanı axmaq yerinə qoyanda daxili əsəb keçirir. Hər bir mal və xidmət kimi təyyarə biletlərinin qiymət formalaşması üçün öz hesablama qaydası və məntiqi var: Uçuş məsafəsi, sərf edilən avia-kerasin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, təlabat və s. – bütün bunlar qiyməti formalaşdıran amillərdir. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfidir – çünki, təyyarə ekipajı eyni, maaşlar eyni, çəkilən xərc eyni olur.
Eyni günlərdə, məsələn, 23 iyun - 29 iyun tarixlərində Tbilisiyə bilet axtarırsan, normal uçuş qrafikində və cəmi 10 kq baqajla 617 manata (gediş-dönüş) bilet var, eyni tarixdə eyni 10 kq baqajla Bakı-Aktau biletinin qiyməti isə 234 manatdır (gediş-dönüş). Bakıdan Aktauya hava yolu məsafəsi 380 km, Bakıdan Tbilisiyə hava yolu məsafəsi isə 448 km-dir – hava yolu məsafələri arasında cəmi 68 km məsafə var, yəni, bu da fərq yoxdur anlamına gəlir", - Cəfərli bildirib.
Ekspert qeyd edib ki, cəmi 68 km məsafəyə görə bilet qiymətində fərq 2,5 dəfəyə yaxındır:
"Qiymətlər arasında fərq 383 manatdır! Yəni, Tbilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar, hələ bir 150 manat da cibində pul qalar ki, bu vəsaitlə də 2-3 gün Aktauda yemək-içməyinin dəyərini də ödəyə bilərsən.
Xub, indi kimsə AZAL-dan deyə bilər ki, Tbilisiyə təlabat çoxdur deyə qiyməti də yüksəkdir, bu o zaman keçərli arqument olardı ki, həmin istiqamətə AZAL-BUTA-dan başqa 2-3 ayrı şirkət də uçardı, tələb qarşılanar, qiymətlər də düşərdi. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə - olmur belə, vallah olmur, insan özünü təhqir olunmuş sayır... "//yeniavaz
"Sərhədləri bağlı saxla, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.