Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form
  • Qafqazla bağlı görüşlər Cenevrədə keçirilməsin – Rusiya Dünya
  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri olacaq Cəmiyyət
  • Sabah bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • Azərbaycanda şiferlər qadağan edildi Cəmiyyət
  • Ölkəyə külli miqdarda narkotik keçirmək istədilər Kriminal
  • Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurdu, ölən var Hadisə
  • İcra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI Cəmiyyət
  • Sahibkar mağazada öldü Hadisə

Azercell rabitə modelini gücləndirir

Posted on 23 Fevral 202624 Fevral 2026 By Redaktor

Böhran idarəetməsi üzrə tərəfdaş qurumlar arasında strateji dialoq baş tutub.

xia.az xəbər verir ki, ökənin lider mobil operatoru “Azercell Telekom” MMC böhran vəziyyətlərində rabitə infrastrukturunun fasiləsizliyinin təmin edilməsinə yönəlmiş “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin növbəti mərhələsinə start verib. Layihə çərçivəsində milli səviyyədə koordinasiyalı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və telekommunikasiya şəbəkəsinin davamlılığının artırılması əsas prioritetlər kimi müəyyən edilib.

Növbəti mərhələnin icrası ilə bağlı Azercell-in təşəbbüsü əsasında Azərbaycan Respublikasının Kosmik Agentliyi və “Aztelekom” MMC nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Görüş zamanı layihənin mərhələli icra planı təqdim olunub, yol xəritəsi üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib və tərəfdaşlar arasında koordinasiyanın daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı ilə icra olunan BİQ layihəsi ölkədə regional resursların idarə edilməsi prosesinin formalaşdırılmasına yönəlib. Eyni zamanda, təşəbbüs böhran və fövqəladə hallarda rabitə xidmətlərinin operativ bərpasını təmin edən mexanizmlərin tətbiqini nəzərdə tutur və qəza-bərpa tədbirlərinin çevik, planlı şəkildə icrası üçün hazırlıq səviyyəsini artırır.

BİQ çərçivəsində yaradılan əməkdaşlıq modeli müxtəlif qurumlar arasında operativ informasiya mübadiləsini və resursların effektiv bölüşdürülməsini təmin etməklə telekommunikasiya infrastrukturunun dayanıqlılığını gücləndirir.

Qeyd edək ki, layihənin ilkin mərhələsi 2024-cü ildə uğurla tamamlanıb. Bu mərhələdə operativ böhran idarəetmə qrupları formalaşdırılıb, regionlarda simulyasiya testləri keçirilib və rabitə xidmətlərinin bərpa müddətinin optimallaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Adam oğurluğunda təqsirləndirilən şəxslərə ağır cəza istənilib

Related Posts

  • 31 dekabr-2 yanvar hava proqnozu açıqlandı Cəmiyyət
  • Ötən gün pirotexniki vasitələr satan 4 nəfər saxlanılıb Cəmiyyət
  • Sabir Rüstəmxanlıya yeni vəzifə verildi Cəmiyyət
  • Sabahın hava proqnozu- 15.01.2026 Cəmiyyət
  • Prezidentin qızı və gəlini Göygöldə – Foto Cəmiyyət
  • Qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub Cəmiyyət
Redaktor: Alim İbrahimov
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə edərkən aktiv linklə istinad olunması mütləqdir.

  • Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü Kriminal
  • Yevlaxda təcili yardım avtomobili piyadanı vurub öldürdü Hadisə
  • Azərbaycanda bu yüksək vəzifə ləğv edildi Cəmiyyət
  • Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb Siyasət
  • Minlərlə manat ödəndi, sənəd verilmədi – MTK ilə sakinlər üz-üzə Cəmiyyət
  • Naxçıvanda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var Hadisə
  • Bakıda bir yaşlı körpə evdə qəfil öldü Hadisə
  • Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində YOXLAMA: Nöqsanlar aşkarlanıb Cəmiyyət

Powered by PressBook News WordPress theme