Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form
  • Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, piyada xəsarət alıb. Hadisə
  • Zəfər yolu qardan təmizlənir Cəmiyyət
  • Bakıda prospektdə qalan maşından 27 yaşlı gəncin MEYİTİ TAPILDI Hadisə
  • Gəncədə saxta araqlar aşkarlandı Cəmiyyət
  • Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik Siyasət
  • Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb Kriminal
  • Restoran rəhbərini bıçaqlayan şəxs cəzalandırıldı Kriminal
  • Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlandı Cəmiyyət

Bakıda ana oğlunun qatilini BAĞIŞLADI

Posted on 23 Fevral 202623 Fevral 2026 By Redaktor

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

xia.az-ın Oxu.Az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi olan anası Sürahim İbadova ifadə verərək oğlunun Türkiyədə təhsil aldığını deyib:

“Qətlə yetirilən şəxs mənim oğlumdur. Biz bir evdə yaşamışıq. Yoldaşım həbsxanada olub. Orta məktəbi Şamaxıda, ali təhsili isə Mingəçevirdə alıb. Mingəçevirdə kirayədə qalırdı və kirayə pulunu da mən verirdim. Biz demək olar ki, hər gün “WhatsApp”da görüntülü danışırdıq. “Instagram”da Türkiyədə olması ilə bağlı paylaşım etmişdi. Bu barədə mənə heç bir məlumat verməmişdi. Ona zəng çatmayanda DİN-in “102” xidmətinə 12 dəfə zəng etmişdim. Yoldaşım cəzaçəkmə müəssisəsində olduğu üçün əmilərinə yığıb dedim ki, Yasin Türkiyəyə gedib. Əmiləri ilə danışdıqda bildirib ki, Azərbaycana gəlmək istəmir. Öz özlüyümdə övladımdan küsdüm. Hadisə günü xəbər tutdum ki, qaynım Babək oğlumu öldürüb. Oğlumu öldürdüyünə görə ondan şikayətçi deyiləm”.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Bakıda 53 yaşlı kişi küçədə öldü
Next Post: İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi – GİZLİ TƏYİNAT

Related Posts

  • Polis bayram axşamı oğurluq edən şəxsi saxladı Kriminal
  • Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb Kriminal
  • Tərtərdə evdən oğurluq edən qardaşlar saxlanılıblar Kriminal
  • İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi Kriminal
  • 15 yaşlı qıza qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR Kriminal
  • Məhkəmə hakimi özü-özünə etiraz edib Kriminal
Redaktor: Alim İbrahimov
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə edərkən aktiv linklə istinad olunması mütləqdir.

  • Naxçıvanda Dövlət Maliyyə Nəzarəti İdarəsinə rəis təyin edildi Cəmiyyət
  • Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir Cəmiyyət
  • Xanım sahibkarın ölkədən çıxışına “stop” qoyuldu. Cəmiyyət
  • Macarıstan Ukrayna qarşısında şərt qoydu Dünya
  • Xaçmazdakı zəncirvari qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ açıqlandı Hadisə
  • Həccə getmək istəyənlərin NƏZƏRİNƏ Cəmiyyət
  • Bələdiyyələr tərəfindən təmin olunmayan yeddi təklif üzrə məhkəmələrdə iddia qaldırılıb Hadisə
  • Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları Cəmiyyət

Powered by PressBook News WordPress theme