Zəhərlənmə səbəbi ilə 102 nəfər KTM-ə qəbul edilib: Üçü ölüb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Zəhərlənmə səbəbi ilə 102 nəfər KTM-ə qəbul edilib: Üçü ölüb

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

Xia.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü dünyasını dəyişib:

“Şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, beş nəfər botulizmdən, üçü spirtli içkidən, biri qidadan zəhərlənən şəxslərdir. Həmçinin səkkiz nəfər dəm qazından, altı nəfər fosfor üzvi birləşmələrdən, beş nəfər allergik reaksiyadan, iki nəfər yandırıcı məhluldan zəhərlənmə, beş nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib”.

Mərkəzdən verilən məlumata görə, ölüm halları sirkə turşusu və allergik reaksiyadan qeydə alınıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?