Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

Xia.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.

Fevralın 7-də hərbçilər Tərlan Fikrət oğlu Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında, Müşfiq İbrahim oğlu Quliyev Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Elşən Qubad oğlu isə Tağıyev Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?