Dəm qazından zəhərlənən hərbçilərin son durumu AÇIQLANDI - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Dəm qazından zəhərlənən hərbçilərin son durumu AÇIQLANDI

Ağstafada dəm qazından zəhərlənən şəxslərin vəziyyətləri stabildir, xəstəxanada müalicələri davam etdirilir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

“Fevralın 5-də saat 00:30-da Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə üç nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir”.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?