Tramp təyyarəsinin İran tərəfindən vurulacağından qorxur - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tramp təyyarəsinin İran tərəfindən vurulacağından qorxur

ABŞ Prezidenti Donald Tramp şəxsi təyyarəsinin İran tərəfindən vurula biləcəyindən narahatdır.

Xia.Az NTV telekanalına istinadla xəbər verir ki, bu barədə yaxın zamanda nəşr ediləcək və D.Trampın iqtidara yüksəlişindən bəhs edən kitabda məlumat verilir.

Ağ Ev rəhbərinin əndişələri o qədər artıb ki, o, “Trump Force One” təyyarəsindən istifadə etməyi dayandırıb.

Ötən il ABŞ-nin təhlükəsizlik qüvvələri prezident seçkisi zamanı D.Trampa və komandasına İranla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilirdi ki, Tehran ABŞ-yə “yer-hava” raketləri əldə edə biləcək agentlər yerləşdirib və D.Trampa qarşı sui-qəsd törədilmə ehtimalı var.

Bunun qarşısını almaqdan ötrü görülən təhlükəsizlik tədbirləri çərçivəsində Birləşmiş Ştatların lideri milyarder Stiv Vitkoffa məxsus təyyarə ilə səyahət edib. Lakin D.Tramp bütün təhlükələr fonunda komandasına özünün təyyarəsi ilə uçmağına icazə verib, bu da onları qəzəbləndirib.

Komandası hesab edib ki, D.Tramp onlardan “yem” kimi istifadə edib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?