Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.
Xia.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Təbriz Eyvaz oğlu Qurbanova məxsus fərdi evin yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
![](https://images.oxu.az/2025/02/10/2CkrCiBAgmk010hC9M5MT2W3ygQx8UMczlzBL53A:640.jpg)
![](https://images.oxu.az/2025/02/10/Q5p71QvgZagjwYUNX3jroOSRABdAuWzXzIKMadXe:640.jpg)
![](https://images.oxu.az/2025/02/10/qq6kSuOYs4lKqSe5acWk4HdQSE0LVcOXN6mngZ6q:640.jpg)
Fövqəladə Hallar Nazirliyi (FHN)