Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır

“Hazırda Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır, Ağdam, Qubadlı, Zəngilanda isə peşə təhsil müəssisələri ilə bağlı layihələndirmə işləri aparılır”.

Xia.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva komitənin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Füzulidə peşə məktəbinin tikintisinə başlanılacaq:

“Eyni zamanda, bu il doqquz yeni peşə təhsili ixtisası yaradılır. Hesab edirəm ki, dəyişiklik Qarabağ və Şərqi Zəngəzurda peşə təhsilinin müasir tələblərə uyğun qurulmasına da imkan verəcək”.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?