İcra başçısı vətəndaşı belə sevindirdi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

İcra başçısı vətəndaşı belə sevindirdi

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən rayonun Aran qəsəbəsində keçirilən səyyar vətəndaş qəbulu zamanı qəsəbə sakini 2-ci qrup gözdən əlil Əmirova Səidə Köçdü qızı müraciət edərək 1-ci qrup əlil övladları, Səfiyarlı Kənan Səfər oğlu və Əmirov Sənan Səfər oğlunun əlil arabasına ehtiyacı olduğunu bildirmiş, araba ilə təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir.

Vətəndaşın səsləndirdiyi müraciətlə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti quruma müraciət edilməsi nəticəsində Səidə Əmirovanın övladları əlil arabaları ilə təmin olunublar.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?