Adının çəkilməsini istəməyən şəxs redaksiyamıza müraciət edərək bildirir ki, hər gün İsmayıllının Tubu, Kəlbənd və Quşəncə kəndlərinin ərazisində yerləşən meşəliklərdən qanunsuz olaraq onlarla yük avtomobilləri odun apararaq Göyçay rayon Qaraxıdır kəndi ərazisində yerləşən odun bazarında satırlar. Mənbə onuda qeyd edir ki, bu qanunsuz meşə soyqırımı haqqında dəfələrlə ETSN-NİN 6 – Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilsə də, təəssüf ki, heç bir hüquqi tədbir görülməyib. Məlumat üçün bildirək ki, bu video görüntüleri 12 fevral 2025-ci il tarixdə helə həmin şikayətçi tərəfindən lentə alınıb. Mövzunu diqqətdə saxlayacayıq. Həmin videonu təqdim edirik.
Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.