XƏBƏRDARLIQ! Təhlükəli avtomobillər hərəkətdən kənarlaşdırılır - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

XƏBƏRDARLIQ! Təhlükəli avtomobillər hərəkətdən kənarlaşdırılır

Əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

BDYP-dən Xia.az-a verilən məlumata görə, bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədini güdür.

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir. 

Sürücülərdən xahiş olunur ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?