Sərnişin daşıyanların NƏZƏRİNƏ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Sərnişin daşıyanların NƏZƏRİNƏ

Baş DYP İdarəsi sərnişindaşıma ilə məşğul olan şəxslərə müraciət edib.

“Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qarlı hava şəraiti nəzərə alınaraq, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar.

Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini yoxladıqdan sonra hərəkətə başlasınlar. Eyni zamanda sərnişinlərin təhlükəsizliyi üçün daha təhlükəsiz marşrutlardan istifadə etsinlər”.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?