17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

17 uşaqlı ailədə faciə – Biri öldü, digəri yaralıdır

Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

Xia.az Qafqazinfoya istinadən xəbər verir ki, hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.

Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir imüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda: İsgəndərov Binnət Taleh oğlu

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?