Ərdoğan Makronla müzakirə APARDI - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ərdoğan Makronla müzakirə APARDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib:

“Prezident Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması, ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirdiyini, sülh danışıqlarına ev sahibliyi etməklə Türkiyənin öz töhfəsini verə biləcəyini və münaqişə tərəflərindən heç birini istisna etməyən danışıqlar prosesinin başlanmasının vacib olduğunu bildirib”.

Bundan əlavə, Prezident Ərdoğan Fələstinlilərin Misirə, İordaniyaya və ya başqa üçüncü ölkəyə köçməsi planının qəbuledilməz olduğunu vurğulayıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?