“Paytaxt ərazisində taksilərin fəaliyyəti demək olar ki, məhdudlaşıb”.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov bunu Xia.az-a danışarkən deyib.
Ekspert Bakıda taksi fəaliyyətinin qış rejiminə hazır olması üçün bəzi məsələlərin qaydasına düşməli olduğunu diqqətə çatdırıb:
“Gəlin görək, hazırda taksi nəqliyyatı qışa nə qədər hazırdır? Nəqliyyat vasitələrinin qış təkərləri, onların zəncirlənməsi, mühərriklərinin dözümlülüyü bunlar hamısı hərəkət üçün əsas şərtlərdir. Əvvəlcə bu məsələlər həll olunmalı, sonra soyuq havalarda taksilərin çağırılan ünvana gəlməməsi və yaxud gec gəlməsi müzakirə olunmalıdır. Bu günlərdə çox güman ki, buz tutmuş yollar boş olacaq. Amma buzlu yollarda hərəkət edə biləcək peşəkar sürücülər nə qədərdir? Belə məsələlər tezliklə həll olunması vacib olan məsələlər sırasındadır”.
A.Əsədov sonda qeyd edək ki, sözügedən problemlər həll olunmasa gələcəkdə soyuq havalarda paytaxtda taksi xidmətinin işində ciddi problemlər yaranacaq.