Fermerlərə subsidiya ödənilməsi ilə bağlı qanuna dəyişiklik edildi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Fermerlərə subsidiya ödənilməsi ilə bağlı qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Xia.Az President.az-a istinadən bildirir ki, dəyişikliklə, Azərbaycanda əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi üçün möhlət iki il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?