Paşinyan sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır? - Paytaxt sakinləri ilə SORĞU - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Paşinyan sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır? – Paytaxt sakinləri ilə SORĞU

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatları və diplomatik addımları ilə sülh prosesinə meyilli görünsə də, praktiki nəticələr gecikdirilir.

Bir tərəfdən Nikol Paşinyan regionda uzunmüddətli sabitliyə nail olmaq üçün sülh sazişinin vacibliyini vurğulayır, digər tərəfdən isə Ermənistanın delimitasiya və demarkasiya, eləcə də Zəngəzur dəhlizi kimi məsələlərdə qeyri-müəyyən mövqe sərgiləməsi vaxt uzatmaq cəhdi kimi görünür.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında “Nikol Paşinyan Azərbaycanla sülh sazişi bağlamağa çalışır, yoxsa vaxt uzadır?” – sualı ilə sorğu keçirib.

Sakinlərin bəziləri Ermənistan Baş nazirinin sülhdə maraqlı olduğunu söyləsə də, çoxu ona inanmadığını deyib.

“Paşinyan nə vaxt sözünün üstündə durub ki? Onun kimi adamdan hər şeyi gözləmək olar”, – deyə sakin bildirib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?